"RegionTV.info"
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır.
Tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək.
Fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi eyni zamanda Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi deməkdir. Bu dəhliz enerji və ticarət yollarını kökündən dəyişməklə Azərbaycana çoxlu sayda divident qazandıracaq.
Ətraflı süjeti təqdim edirik:
Xəbəri paylaş