Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olub.
RegionTV.info bildirir ki, MR-in ümumi əhalisinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.
Əhalinin 230,5 min nəfərini kişilər, 231 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır.
Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olmuşdur ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 9 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 496 nəfər düşür.
Xəbəri paylaş