
RegionTV.info xəbər verir ki, hadisə martın 1-i gecə saat 01 radələrində baş verib. Naməlum maskalı şəxs şəhərin Mircəlal Paşayev küçəsində yerləşən çörək sexinə basqın edərək əlindəki bıçaqla orada işləyən 1977-ci il təvəllüdlü Müşfiq Əliyevi hədələyib.
Həmin şəxs bu yolla kassada olan 95 manat pulu götürərək hadisə yerindən qaçıb.
Gəncə RPİ tərəfindən müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.