
"RegionTV.info"nun məlumatına görə dünən saat 23 radələrində Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.