Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

7 növ çayı içməyin

RegionTV.info                                                                                                   
Aşağıda adları çəkilən 7 növ çayı içməyin. Bu çayların tərkibində toksinlər var və orqanizm üçün çox zərərlidirlər.
Çayın tərkibində kofein var və o ən təbii içkilərdən hesab edilir. Qazlı su və müxtəlif sistetik şirələrdən, kofedən fərqli olaraq çayın tərkibində olan kofein daha zərərsiz və faydalı hesab edilir. Lakin, çayların heç də hamısı orqanizm üçün faydalı sayılmır. Bəzi çay növləri vardır ki, onların tərkibində ftor və pestisidlər var. Bu çayların tərkibində olan maddələr isə orqanizm üçün zərərlidir. Bəzən belə çayların qiyməti ucuz olduğuna görə çoxları bu çayları almağa üstünlük verir. Bu çayları isə dadlı edən onlara qatılan dadlandırıcılar və aramatizatorlardır.
Birlşmiş Krallığın jurnallarından biri müasir dünyamızda insanların əksəriyyətinin hər gün müxtəlif qidalarla ftor qəbul etdiyini yazlır. Marketlərdə satilan çayların əksəriyytində də ftor tapldığını qeyd edən jurnal insanlar ucuz qiymətinə aldanıb keyfiyyətsiz çay almamağa çağırır. Ucuz qiymətə satılan çaylar köhnəlmiş çay yarpaqlarından hazırlanır və tərkibində ftorlu birləşmələr var.
Kanadanın radiasiyalı məhsullara araşdırmalar aparan mütəxəssisləri aşağıdakı çay markalarının tərkibində zəhərli maddələr olduğunu açıqlayıb. Bu çay növlərinə aiddir:
* Tetley
* Lipton
* Tvinnings
* No Name
* Uncle Lees Legends China
* King Cole
* Siqnal
Bu çay növlərinin tərkibində orqanizm üçün təhlükəli olan toksinlər və zərərli maddələr normadan daha çoxdur. Bu çayların tərkibində monokortofos adlı kimyəvi maddə, pestinsidin 20 növü (endosulfan və s.) var. Mütəxəssislər insanlara bu çaylardan uzaq durmağı məsləhət bilir. Bunun üçün də onları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:
* Çalışın rəngsiz çay için.
* Bitki və ya meyvələrdən dəmlənmiş çaylar içməyə çalışın.
* Təbii çay yarpaqları alın və təzə dəmlənmiş çay için.
* Aldığınız çayın qutusunun üstündə yazılanları diqqətlə oxuyun.
* Brend çay adı altında satılan bütün çayların yaxşı olmasına ümid bəsləməyin və diqqətli olun.
* Çayı qaydasına uyğun olaraq dəmləyin.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də