
"RegionTV.info" İran İslam Respublikasının Bakıdakı Səfirliyinə istinadən xəbər verir ki, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.
Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.
İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:
"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40