Gəncədə 5 otaqlı evdə yanğın olub
Tarix: 3-03-2021, 21:53 Xəbərə baxış: 154
Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb. "RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.