
Qəbələdə dağda 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.