
"RegionTV.info" xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı Axar TV üçün şərhində deyib.
O bildirib ki, Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər də Azərbaycan dövlətinin təyin etdiyi idarəçinin idarəetməsi altında olacaqlar.
Qarabağda yaşayan ermənilərə heç bir statusun verilməyəcəyini Prezidentin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdığını deyən A.Nərimanlı azərbaycanlıların bu ərazilərə qayıtma mexanizmi haqda fikirlərini bölüşüb.