
Hal-hazırda həm ictimayyətdə, həm də kluarlarda Mübariz Qurbanlı təcrübəli, intriqaya meyl etməyən kadr kimi dəyərləndirilir.
YAP-da olan zəngin iş təcrübəsi isə danılmazdır.

Qeyd: Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunda anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi, daha sonra aspiranturada təhsilini davam etdirib. Fəlsəfə elmləri doktorudur.
1978-1982-ci illərdə orta məktəbdə müəllim çalışıb.
1985-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor kimi fəaliyyət göstərib.
1996-2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini, 1995-2010-cillərdə Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri işləyib.
21 iyul 2014-cü ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olaraq çalışır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 07 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
Dini Komitənin sədri vəzifəsinə isə hal-hazırda Diaspora ilə iş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Fuad Muradovun gətiriləcəyi bildirilir.
