Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölmək üçün nə qədər pul lazımdır? - VİDEO






Zaman-zaman insanlar qəbir yerlərinin və daşlarının qiymətlərindən narazılıqlarını ifadə ediblər. 

Baku TV əməkdaşları məsələni yerində araşdırmaq qərarına gəliblər. 

Yerləşdiyi ərazidən asılı olaraq qəbiristanlıqdakı yerlərin qiyməti 300-7000 manat arası dəyişir. Bu qiymətlər stabil olaraq qalmır, ildən-ilə şərtlərə uyğun dəyişir. 

Son mənzil dediyimiz qəbiristanlıqlardakı vəziyyət sözün əsl mənasında vəziyyətin sonudur. 

Budəfəki xüsusi reportajında qəbiristanlıqdakı ümumi mənzərə, özbaşınalıq, mollaların birbiriləri ilə yola getməməsi ön plana çəkilib. Baku TV əməkdaşları mollalara yaxınlaşıb sual vermək istəsə də, hər biri kameradan qaçmağı üstün tutub. Əməkdaşların rastlaşdığı xanım isə oradakı özbaşınalıqlardan söz açıb. 

Onun dediyinə görə qəbiristanlıqda qəbirlərə sahiblik edən mollalar var və həmin molla adlanan şəxsdən başqa kimsə qəbirə yaxınlaşa, orada təmizlik işləri apara, eyni zamanda yasin oxuya bilməz. Elə bu səbəbdəndir ki, mollalar arasında tez-tez qarşıdurma baş verir. Xanım onu da qeyd edib ki, qəbiristanlıqda oğurluqların ardı-arası kəsilmir və daha çox ora gətirilən güllər oğurlanaraq satılır. 

Suallardan qaçan məsul şəxslər isə yalnız “bizə əmr belə verilib, kiməsə məlumat verə bilmərik” deməsi ilə söhbətə nöqtə qoyub. 

Ətraflı reportajı təqdim edirik:



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də