Ağdam rayonunda idarə rəisi minaya düşüb.
"RegionTV.info" xəbər verir ki, Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtomobil partlamamış minaya düşüb. Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.
Xəbəri paylaş