
RegionTV.info bildirir ki, Türkiyədə hüquq fakultəsinin ikinci kursunda oxuyan Havva Çöllü özünü qaz borusundan asaraq öldürüb.
Konya şəhərində yaşayan qız özünü öldürməzdən əvvəl səhər saat 5-də sevgilisinə mesaj yazıb. "Bu məni son görmək şansın olsaydı nə edərdin?", - qız mesajda yazıb.
Onun sevgilisi ifadəsində bildirib ki, mesajı səhər görüb. Ona yazdığı mesajlar çatmayıb, qısa müddət sonra qızın intihar etdiyini öyrənib.