
"RegionTV.info" xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan foto montajdır.
"Bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmi "facebook" səhifəsində foto paylaşılıb. Həmin fotonun şərh bölməsində vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” sözləri yazılmış foto sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
