
Bəs karantin yenidən sərtləşdirilərsə, əhaliyə 190 manat birdəfəlik yardım veriləcəkmi?
"RegionTV.info" xəbər verir ki, Məsələ ilə bağlı açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı hələ ki, bununla bağlı qərarın olmadığını bildirib:
"190 manatın verilməsi ilə bağlı qərarı biz vermirik. Biz sadəcə verilən qərarı icra edirik. Hələlik isə 190 manatın veriləcəyi ilə bağlı hər hansı bir məlumat yoxdur. Buna görə də, bu haqda nəsə deyə bilmərik".