
"RegionTV.info" xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov təyin olunub.
Qeyd edək ki, Səxavət Məmmədov 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1999-cu ildə Mingəçevir Dövlət Universitetini, 2020-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Xatırladaq ki, Səxavət Məmmədov teatr direktoru olduğu müddətdə daha çox bəzi aktyorlar və media ilə yaşadığı qalmaqallarla gündəmə gəlib.
