
"RegionTV.info" xəbər verir ki, hadisə Bombali bölgəsində qeydə alınıb. Batkanu şəhərindən Makeniyə qayıdan "Makkari" futbol komandasını daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə komandanın 9 futbolçusu və 1 məşqçisi həlak olub. 20-dən çox futbolçu isə xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.
FIFA və qurumun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.