"Qarabağ"ın keçmiş futbolçusu Miçel Madera karyerasını başa vurub.
"RegionTV.info"nun məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb.
Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun lazımi səviyyədə çıxış etməsinə imkan vermir.
Qeyd edək ki, Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.
Xəbəri paylaş