Ötən həftə Göyçayda şəhər daxilindən keçən su kanallarının tullantılarla dolması ilə bağlı süjet təqdim edilmişdi.
"RegionTV.info" xəbər verir ki, Baku TV-nin çəkilişindən sonra aidiyyəti qurumlar hərəkətə keçib. Artıq həmin su kanallarının tullantılardan təmizlənməsi üçün şəhərin bir neçə istiqamətinə texnikalar cəlb olunub.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati dairəsi üzrə nümayəndəsi Rəşad Şükürovun sözlərinə görə, su kanallarındakı tullantıların böyük əksəriyyəti sakinlər tərəfindən atılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Xəbəri paylaş