Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almanlar Azərbaycanın sahibkar və menecerlərinin ixtisasartırmasında iştirak edəcək

Martın 2-də Azərbaycan İqtisadiyyat Nazirliyi və Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında” Birgə Niyyət Bəyannaməsi Sənədi İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Almaniya Federativ Republikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq imzalayıblar.

"RegionTV.info"  xəbər verir ki, Bu barədə Nazirlikdən məlumat verilib.
İqtisadiyyat Nazirliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd olunub ki, bu sahədə əməkdaşlıq 2009-cu ildən həyata keçirilir. Sənəd 3 illik müddətə imzalanır və Azərbaycanın sahibkar və menecerlərinin ixtisasının artırılması sahəsində əməkdaşlığı ehtiva edir. Proqramın Azərbaycan üzrə əlaqələndirici KOBİA, Almaniya tərəfindən isə GİZ-dir.

Qeyd: “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın məqsədi

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri və praktik biliklərinin artırılması, Almaniya müəssisələrində innovativ texnologiyalar və idarəetmə metodları ilə tanışlıq və iqtisadi kooperasiya əlaqələrinin yaradılmasıdır. 2009-2020-ci illərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan 451 nəfər azərbaycanlı sahibkar və menecer Almaniyanın müxtəlif şəhərlərində təlim və təcrübə keçiblər. GİZ-in qiymətləndirməsinə əsasən, 2017-2019-cu illərdə proqram çərçivəsində iki ölkənin şirkətləri arasında 40-a yaxın müqavilə imzalanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də