Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sumqayıtda mənzildə partlayış baş verib

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.
"RegionTV.info"nun  məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də