Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-ın Suriyada kürd terror təşkilatıyla separat sövdələşməsi- DÖVLƏT KATİBİ DƏ TƏSDİQLƏDİ...

ABŞ-ın Suriyada kürd terror təşkilatıyla separat sövdələşməsi- DÖVLƏT KATİBİ DƏ TƏSDİQLƏDİ...


Suriyadakı “YPG” kürd terror təşkilatının siyasi nümayəndələri Amerika Birləşmiş Ştatlarının neft şirkəti ilə Suriya dövlətinə məxsus neft yataqlarının modernləşdirilməsi barədə saziş imzalayıblar.

Bunu ABŞ Senatının üzvü Lindsi Qreham da təsdiqləyib.

ABŞ-ın Suriyada “YPG” terror təşkilatı ilə separat və qanunsuz neft müqaviləsi rəsmi Dəməşq tərəfindən oğurluq faktı kimi dəyərləndirilib.

Suriya hökuməti bəyan edib ki, Amerika şirkətinin bu addımı ölkənin təbii sərvətlərini talamaqdan başqa bir şey deyil.
Türkiyə isə Suriyanın təbii sərvətlərinin Suriya xalqına məxsus olduğunu vurğulayaraq Vaşinqtonu bu ölkədə qanunsuz neft sövdələşməsi ilə məşğul olaraq terrorizmi malliyyələşdirməkdə ittiham edib.

“Röyters”in xəbərindən bəlli olur ki, respublikaçı senator L.Qreham bəhs edilən informasiyanı Senatın Xarici İşlər Komitəsindəki dinləmələr zamanı “YPG” komandanı, general Məzlum Kobanidən alıb. Sonra o, ABŞ Dövlət Katibi Mayk Pompeodan Amerika şirkətinin kürdlərlə bir anlaşması olub-olmadığını soruşub. Dövlət katibi bu məlumatı təsdiqləyib, üstəlik, müqavilənin planlaşdırıldığından daha uzun sürdüyünü və hazırda icra mərhələsində olduğunu bildirib.


Amerikalı siyasətçilər “YPG” ilə separat sövdələşməyə girən şirkətin adını çəkməyiblər. Ancaq ABŞ mediasına görə, bu “Delta Crescent Energy” şirkətidir.

İran mediasının yaydığı məlumata görə isə, bir qədər əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Birləşmiş Ştatlar ləngimədən Suriyanın şimal-şərqindəki neft obyektlərinin işğalını dayandırmalıdır.

Rusiyalı nümayəndə deyib: «Biz, yenidən ABŞ-ı ləngimədən Suriya Ərəb Respublikasının işğalını dayandırmağa və onun təbii ehtiyatlaını hökumətə qaytarmağa çağırırıq» .

Qeyd edək ki, Birləşmiş Ştatlar bundan əvvəl Suriyada Fərat çayının şərq rayonlarında yerləşən neft yataqlarının mühafizəsi üçün xüsusi bölmələrin yaradılmasına başlayıb. Bu bölmələrin nüvəsini əsasən kürdlərdən ibarət "YPG" yaraqlıları təşkil edir.

ABŞ-ın Qərbi Asiyadakı Mərkəzi Komandanlığı daha əvvəl bu ölkə əsgərlərinin Suriya neftini və gəlirlərini çıxarmaq üçün orada qaldıqlarını bildirmişdi. Suriya hökuməti isə ABŞ və müttəfiqlərinin hərəkətlərini bu ölkəyə qarşı işğal kimi qiymətləndirdiyini dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Buna baxmayaraq amerikalılar bu çağırışları qulaq ardına vururlar.

2019-cu ilin noyabr ayının əvvəlində Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında verdiyi vədinə baxmayaraq hazırda ABŞ qüvvələri Suriyanın neft ehtiyatlarının 90%-nin yerləşdiyi Fərat çayının şərqindəki ərazidə qalmaqda davam edir.

Bununla əlaqədar ötən ilin noyabr ayında Tramp hökuməti Suriyanın neft yataqlarının müdafiə olunması bəhanəsi ilə Pentaqona müvafiq göstəriş verdi və bu ölkənin Suriyadakı icazəsiz hərbi missiyasının genişləndirilməsini təsdiqlədi.

Müşahidəçilərin sözlərinə görə, Birləşmiş Ştatlar neft yataqlarından istismar olunan neftin satışa çıxarılması ilə Pentaqonun birbaşa nəzarətində olan ayrı-ayrı terror təşkilatlarını, həm də Türkiyə tərəfindən terror qruplaşması hesab olunan və Suriyanın mərkəzi hökumətinə tabe olmaqdan çəkinən “YPG” yaraqlılarını maliyyələşdirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də