Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır.

"RegionTV.info"  xəbər verir ki, sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

"Azəriqaz" İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir", - deyə C.Səfərov qeyd edib.

İqtisadiyyat Nazirliyindən isə Qazet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.

"Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də