Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Səudiyyə Ərəbistanına hücum edildi - Qırıcılar təcili havaya qaldırıldı

Səudiyyə Ərəbistanına raket zərbələri endirilib.

"RegionTV.info"  CNN-ə istinadən xəbər verir ki, mərmilərdən birinin Yəmənlə sərhəddə yerləşən Cizan bölgəsindəki yaşayış məntəqəsinə düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb. Tələfat barədə məlumat yoxdur. Bir neçə ev və tikili dağılıb. Hava hücumundan müdafiə sistemləri bir neçə mərmini zərərsizləşdirib.

Hücumun Yəməndəki Husi üsyançıları tərəfindən təşkil edildiyi bildirilir. Hadisədən sonra krallıq qırıcıları havaya qaldırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də