
RegionTV.info bildirir ki, hadisə İzmir şəhəri sahillərində yaşanıb. Belə ki, plastik qayıqda köməksiz vəziyyətdə qalan 23 qaçqın sahil-mühafizə xidməti tərəfindən qurtarılaraq quruya çıxarılıb.
Qaçqınlara bütün zəruri yardım göstərilib. Daha sonra onlar İzmirin miqrasiya idarəsinə gətiriliblər.