Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda xəstəxanada karantin qaydaları pozuldu? - AÇIQLAMA


Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

Söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir.

"RegionTV.info"nun   məlumatına görə, məsələ ilə bağlı “oxu.az”ın sorğusuna cavab verən Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

“Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də