
RegionTV.info xəbər verir ki, 6 yaşlı oğlanı öldürən şəxsin kimliyi aşkarlanıb. Məlum olub ki, onu öldürən şəxs elə onun itkin düşməsi barədə polisə məlumat verən anasıdır.
ABŞ-ın Ohayo ştatında yaşayan 29 yaşlı Brittany Gosney iki gün əvvəl polisə müraciət edərək 6 yaşlı oğlu James Robert Hutchinson-un itkin düşdüyünü bildirib.
Ötən gün cinayətin üstü açılıb, qadın övladını öldürdüyünü boynuna alıb. O bildirib ki, avtomobillə oğlunun üstündən keçdikdən sonra meyitini çaya atıb.
Qadın həbs olunub.

