"RegionTV.info"
Son vaxtlar redaksiyamıza daxil olan video müraciətlərdən açıq aydın görünür ki, sanki bu meşələrə edilən total hücumlar məqsədyönlü şəkildə təşkil edilmiş bir kompaniyadır. İstər bizim xəbər portallarında istərsədə digər xəbər portallarında işıqlandırılmış video sujetlərdən belə qənaətə gəlmək olar ki, bu meşə qatillərinə, cəlladlarına hələ dur deməyin vaxtı gəlib çatmamışdır.
Vətəndaşlar özləri bizlərə faktlarla müraciət edərək təcili tədbir görülməsi üçün zəruri-lazımi addımların vaxtında atılmasını xahiş edirlər.
Bu cənub bölgəsinin meşələri ilə bağlı baş verən neqativ halların acı durumu ilə yaşanan problemlərə görə hər gün demək olarsa mətbuata, internet tv-lərə, xəbər portallarına ziddiyyətli xəbərlər gəlməkdə davam edir.
Çox təəssüflər olsun ki, aidiyyatı qurumlar, əlaqədar təşkilatlar bu yazıların, video faktların heç birinə cavab vermək istəmir və yeri gələndə həm bizləri, həm də şikayətçiləri qərəzçilikdə qınayaraq müəyyən vasitələrlə təhdid edirlər. Baxmayaraq ki, biz dəfələrlə qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazır olduğumuzu bəyan etmişik. Amma harınlaşmış, əlləri koorupsiyaya bulaşmış bu məmurlar bizlərlə nədənsə təhdid dilində danışmağa üstünlük verirlər. Yerlərdə isə şikayətçiləri hər cür üsullarla susdurmağa çalışırlar.
[media=https://youtu.be/VW71iH7rS18]
İpə-sapa yatmayan, onların dediyinə məhəl qoymayan şikayətçilərə qarşı bütün iyrənc üsullardan məharətlə istifadə etməyə başlayırlar. Bu sifarişçilər heç nədən çəkinmirlər. Heç bir məsuliyyət hiss etmir kimi özlərini toxunulmaz hesab edərək tabeçiliyində olan insanlara qanunsuz tapşırıqlarını yerinə yetirilməsində daha çox maraqlıdırlar. Yuxarıda oturan havadarlarının himayəsi sayəsində Damokl qılıncı kimi bu yerli ekologiya məmurları sanki qəsdən bu meşələrə qənim kəsilmişdir. Belə olmasaydı hər gün səs -küyə səbəb olan bu şikayətlərə azda olsa reaksiya verərdilər.
Budur redaksiyamıza yenə faktlarla video çəkilişlərlə ünvanlanmış müraciət göndərilmişdir. Video sujetlərdən bu meşələrin hansı vəhşiliyə hansı istismara məruz qaldığı tam çılpaqlığı ılə sezilir və açıq aydın görünür.
Görəsən bu dəfədə Təbii Sərvətlər və Ekologıya nazirliyinin 1-saylı Lənkəran ekologiya şöbəsinin rəisi Əlzamin müəllim və Lənkəran Regional Meşə
Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədov bu faktların qarşısında hansı arqumentləri gətirəcək. Yoxsa onlar yenə öz ən-ənəvi metodlarına üz tutaraq şikayətçini hər vəchlə ələ almağa, susdurmağa və lazım gələrsə ona təzyiq göstərib təhdid dilində danışmağa baş vuracaqlar. Amma yaxşı olardı ki, onlar bu ölçüni elə öz tabeçiliyində olanlara və şəxsən Əlzamin müəllimlə Füzuli Məmmədovun qanunsuz tapşırıqlarını yerinə yetirənlərə tətbiq etsinlər.
[media=https://youtu.be/wczMQ6fEdJw]
Şikayətçi Lerik rayonunun Qələbin kənd sakini Şalıyev Cəbrayıl İmaməli oğlunun bizə ünvanladığı və video faktlarla göndərdiyi sujetlərdə bu yaşıl "soyqırımın"acı faciəsinin bir daha şahidi oluruq. Vətəndaş Cəbrayıl kişi bu Lerik meşələrində aparılan vandalizmi haqlı olaraq bir vaxtlar xalqımızın qürur yerinə çevrilmiş, sədasına milyonlarla azərbaycanlının səs vermiş məşhur Topxana meşələri ilə paralelik apararaq həyəcan təbilini çalır. Anoloji hadisələr Lerik rayonunun Razvondaband meşəbəyliyinin -17-saylı meşə dolayında baş verir.
Cəbrayıl kişi bizə təqdim etdiyi video materiallarda həmin -17-ci meşə dolayında meşəbəyi köməkçisi Əfqan Kazımovun qanunsuz əməllərindən bütün detalları ilə faktlar göstərərək ortalığa bir subut qoyur. O Təbii Sərvətlər və Ekologıya naziri Muxtar Babayevə müraciət edərək bu məsələni nəzarətə götürməsini xahiş edir. Konkret faktlara söykənən bu video sujetlərdə kimin kim olduğu tam biruzə verilir. Ağcaqayın cinsindən olan qolu budaqlı bir ağacın necə vəhşiliklə qırılmasının şahidinə çevrilirik. Videoları Sizlərə təqdim edərək bu canlı reportaja baxmağa dəvət edirik. Müsahibimizin tədbirincə desək Lerik meşələrinin hansı etibarsız əllərdə olduğunun bariz nümunəsini görürük.
Bir daha qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq. Biz isə jurnalist araşdırmalarımızı davam etdirəcək və bu məsələləri daim diqqət mərkəzində saxlayacaqıq.
[media=https://youtu.be/eUiEEIxbXk4]
Xəbəri paylaş