Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yol polisini bu cür aldatmağa çalışırlar - Xəbərdarlıq edildi

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı sürücülərə müraciət edib.
RegionTV.info xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində çəkiliş apardığımız zaman müəyyən etdik ki, sürücülərin çoxu prosesi son günə saxlayırlar.
Yağışlı havalar istisna olmaqla texniki baxışa təqdim edilən avtomobil mümkün qədər təmiz olmalıdır.
Texniki Müayinə Mərkəzinin əməkdaşı Elgiz Teymurov qeyd edib ki, bəzi sürücülər prosesdən yayınmaq üçün texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də