Afrikada koronavirusdan ölənlərin sayı 103 mini keçdi
Tarix: 2-03-2021, 09:51Xəbərə baxış: 146
Afrika ölkələrində koronavirusa yoluxanların sayı son dörd gündə 42 571 nəfər artaraq 3 897 427 nəfər təşkil edib.RegionTV.info bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndiliyi bildirib. Məlumata əsasən, ötən dörd gündə bölgədə koronavirusa yoluxanlar arasında ölüm sayı 1331 nəfər artaraq 103,700-ə çatıb. Yoluxanların və ölənlərin çoxu Cənubi Afrikada aşkar edilib - müvafiq olaraq 1 513 393 və 49 993 nəfər.