Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?

Azərbaycanda COVİD-19-a qarşı peyvəndləmə prosesi yeni başladığı üçün vaksin vurdurduqdan sonra xarici ölkəyə gedən səyahətçilərin sayı çox azdır.                        
RegionTV.info bildirir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, koronavirusa qarşı peyvəndləmə dünyanın bir çox ölkəsində sürətlə həyata keçirilir. Bir neçə ölkə turistləri qəbul etməyə razılıq bildirsə də, bu hal tamamlanmış peyvənd vurduran şəxslərə və ya uçuşdan 48 saatdan az olmaq şərtilə COVİD-19-a qarşı neqativ test nəticəsi olanlara şamil olunur:
"Mövcud vəziyyətdə Azərbaycanda yalnız neqativ testləri olan şəxslər səyahət etmək imkanına malikdirlər. Lakin səyahət üçün ölkələrin sayı da çox azdır. Bir çox ölkələrin sərhədləri hələ də bağlı olaraq qalır. Belə görünür ki, bu hal bir müddət davam edəcək".
Bir ildir ki davam edən pandemiyanın turizm sahəsini çətinliklərlə üzləşdirdiyini deyən G.Qəhrəmanov hesab edir ki, peyvəndləmə ölkələrdə nə qədər sürətlə həyata keçirilərsə və daha çox kütləni əhatə edrəsə, ölkələrin sərhədləri də bir o qədər tez açıla bilər.

Peyvəndləmə yeni başladığı üçün iki ardıcıl peyvənd olunan insanların sayı azdır, ona görə bu qrup səyahət edənlərin sayı da çox aşağıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də