Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

73 dəqiqədə ailənin üç üzvünü bıçaqlayıb öldürdü - FOTO

Türkiyənin Eskişehir vilayətində biri azyaşlı olmaqla ailənin üç üzvü bıçaqlanaraq öldürülüb.       
RegionTV.info bildirir ki, anasından xəbər ala bilməyən Beyzanur Kayaalp polisə xəbər verib.
Çağırış üzrə gedən hüquq-mühafizə orqan əməkdaşları ünvanda 42 yaşlı İlkay Tokkalın, 41 yaşlı arvadı Emel Tokkalın və onların dörd yaşlı oğlu Əli Tokkalın meyitini tapıblar.
İstintaq çərçivəsində ərazidəki 450 müşahidə kamerasındakı görüntülər araşdırılıb.
Cinayətin bəlli olduğu gün özünü yerə yıxaraq göz yaşı tökən, İlkay Tokkalın keçmiş ortağı, evli, iki uşaq atası, 29 yaşlı Mehmet Şərif Boğa şübhəli şəxs qismində saxlanılıb.
Onun evindən tapılan qanlı corablardan və ayaqqabılardan götürülən nümunələr Tokkal ailəsinin qanı ilə uyğunluq təşkil edib.

Cinayətkar inşaat işçisi geyimi ilə binaya daxil olub, 73 üç dəqiqə qaldığı evdə qurbanlarını bıçaqlayıb öldürdükdən sonra qanlı üst geyimini İlkay Tokalın geyimi ilə dəyişərək binadan çıxıb.
Şübhəli üç qohumu ilə birgə tutulub.
Cinayətin törədilmə səbəbi məlum deyil.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də