
"RegionTV.info" xəbər verir ki, Bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda "Bazarstor” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda "PAK-46 ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
"Baxar.az"