
"RegionTV.info" xəbər verir ki, bu barədə hava gəmisinin məxsus olduğu “Türk Hava Yolları” şirkətinin nümayəndəsi Yəhya Üstün məlumat verib:
“Oslodan İstanbula gələn TK1752 saylı reysdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Təyyarə yerə endikdən sonra sərnişinlər təcili şəkildə evakuasiya olunub. Polisin yoxlanışından sonra məlumatın yalan olduğu üzə çıxıb”.