Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”

Rusiya İrəvandakı hadisələrdən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə riayət edəcəyinə ümid edir.
"RegionTV.info xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Biz  Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik, hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı sazişin icra olunmasında davamlılıq olmalıdır. Bu sazişə zidd olacaq hər hansı hərəkət, addım böyük faciəyə gətirib çıxara bilər. Buna yol vermək olmaz", - deyə o qeyd edib.

V. Matviyenko üçtərəfli sazişin imzalanmasının Cənubi Qafqaza sabitlik gətirdiyini də xatırladıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də