Samux rayonunda Məmmədov Elşən Rövşən oğlunu bıçaqla qətlə yetirən şəxs saxlanılıb.
"RegionTV.info"nun məlumatına görə, 1983-cü il təvəllüdlü Samux rayon Sərkar kənd sakini, əvəllər məhkum olunan Həsənov Vüqar Adil oğlu şübhəli şəxs qismində tutulub.
İlkin məlumata görə, mübahisə zamanı Vüqar Həsənov Sərkar kəndində Elşən Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb.
Xəbəri paylaş