
"RegionTV.info" xəbər verir ki, Bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.
Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin.
Qeyd edək ki, Rusiya-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.