Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.
"RegionTV.info" xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın xəstəliyi hazırda daha da inkişaf edib:
"Özündən icazə almışam, ona görə verilişdə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib.
Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir, kök hüceyrə mütəxəsisslərini araşdırır".
Xəbəri paylaş