
"RegionTV.info" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, polislərin təkidlərinə əhəmiyyət verməyən etirazçılar binaya daxil olub.
"Nikolsuz Ermənistan" şüarları səsləndirən mitinq iştirakçıları daha sonra binanı tərk ediblər.
Qeyd edək ki, Yerevanda 1 mart tarixində bir sıra mitinqlər planlaşdırılıb. Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarlarını küçələrə səsləyib.