2 uşaq anası cavan yaşda koronavirusun qurbanı olub.
"RegionTV.info"nun məlumatına görə, 28 yaşlı qadın müəllim koronavirus testi pozitiv çıxdıqdan bir neçə gün sonra dünyasını dəyişib.
Şimali İrlandiyanın paytaxtı Belfastda yaşayan Noleen Thompson adlı qadının otağından cansız bədəni tapılıb. O, koronavirus səbəbindən ölüb.
Qadının əlavə xəstəliyinin olmadığı qeyd edilib.
Qeyd edək ki, Britaniya koronavirusa yoluxma sayına görə beşinci yerdədir. Bu ölkədə 122 mindən çox insan Covid-19 səbəbindən dünyasını dəyişib.
Onun fotolarını təqdim edirik:
Xəbəri paylaş