Ağ saçlar insanın həyat təcrübəsini göstərir. Onları boyamağı düşünmürəm.
RegionTV.info bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi ağaran saçlarından bəhs edib. O, kişilərin saç boyamasına müsbət yanaşmadığını bildirib.
Elçin evini, maşınını nümayiş etdirən sənət atamlarını da tənqid edib:
"Nəyinsə varsa, bunu niyə göstərməlisən? Kənardan jurnalist, fotoqraf çəkirsə, bu başqadır. İşidir deyə edir. Evin içinə salıb, vanna otağına qədər göstərirlər. Bunu özün edirsən. Mənə yapışmaz elə şeylər. Tamaşaçılarda isə daha sonra müğənnilər haqqında pis fikir yaranır".
Xəbəri paylaş