Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı arasında telefon danışığı olub






Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib. 

Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutan telefon danışığında liderlər bu ilin noyabr ayında keçiriləcək G20 görüşünə hazırlığı müzakirə ediblər.

Hər iki tərəf OPEC+ formatında razılaşmaların həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək bundan sonra da koordinasiyalı işləmək barədə razılığa gəliblər.

Tərəflər koronavirus pandemiyasının dünya iqtisadiyyatına və maliyyəsinə vurduğu mənfi nəticələrin aradan qaldırılması istiqamətində kollektiv səylər, o cümlədən Rusiya prezidentinin mart ayında keçirilmiş fövqəladə G20 sammitində irəli sürdüyü dərman, qida, avadanlıq və texnologiyaların qarşılıqlı təchizatı üçün "yaşıl dəhlizlər" yaradılması təşəbbüsü də müzakirə ediblər.

Telefon danışığı zamanı Rusiyanın hazırladığı COVID-19-a qarşı peyvəndin birgə istehsalı perspektivləri müzakirə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də