Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrəvanda bir gündə üç mitinq olacaq - Toqquşmalar qaçılmazdır

Ermənistanda bir gün ərzində üç nümayişin keçirilməsi nəzərdə tutulub.

"RegionTV.info xəbər verir ki, İrəvanda ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.

Saat 16:00-da isə İrəvan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.
Növbəti nümayişi 18:30-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirəcək. O, müxalifətin iddialarının əksinə olaraq ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.

Qeyd edək ki, 1 mart tarixində ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polislər arasında toqquşmalar baş verib. Belə ki, 2008-ci ilin fevral ayının sonunda Robert Köçəryan prezident postunu tərk edərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı.

Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyan Nikol Paşinyan daxil olmaqla tərəfdarları ilə İrəvanda etiraz aksiyaları təşkil ediblər.

Aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, odlu silahla 10 nəfər qətlə yetirilib

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də