Sosial şəbəkələrin erməni seqmentində yayılan növbəti xəbər düşmən ölkədə yenə də böyük xof yaradıb.
"RegionTV.info" xəbər verir ki, “Livenyus.am” teleqram kanalı guya Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupunun Gürcüstan ərazisindən Ermənistana daxil olduğunu bildirib. İddia edilib ki, qrupa 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya türk komandoslar Ermənistanın Baş Qərargah rəisi və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirəcək.
Yayılan məlumatlarla bağlı artıq Ermənista Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib:
“Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.
Xəbəri paylaş