
"RegionTV.info" xəbər verir ki, Yanqon və Tavo şəhərində dörd nümayişçi, Pequ şəhərində üç, Mandalae və Pakxouku şəhərlərinin hər birində iki nümayişçi öldürülüb.
Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.
Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.