
"RegionTV.info" xəbər verir ki, 22 yaşlı idmançı dağdan eniş zamanı yıxılaraq, qoruyucu tora çırpılıb.
O, ağrıdan qışqırmağa başlayıb.
Nəticədə yarış dayandırılıb və zərərçəkən helikopterlə təxliyə olunub.
Qeyd edək ki, Kaysa Vinkoff Li dağ xizəkçiliyi üzrə Dünya Kubokunda ümumi hesabda 13-cü pillədə qərarlaşıb.