Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
"RegionTV.info" xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.
Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş T.Həsənovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda daha 4 nəfərin çantasından ümumilikdə 444 manat, 51 ABŞ dolları və bank kartı oğurlaması müəyyən edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş