
"RegionTV.info”nun məlumatına görə, idarənin rəisi Vüsal Nəsirli tutduğu vəzifədən azad edilib.
V.Nəsirli əvvəllər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, şəhər icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, son illər Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrində çalışıb.
