Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin mühüm qanunu təsdiqlədi - 30 gün ərzində...

Rusiya Prezidenti Vladimir Putin polisə müqavimət göstərənlərin cəzalarını artıran qanunu təsdiq edib.

"RegionTV.info"  bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Yeni qanun çərçivəsində, ölkə daxilində icazəsiz etiraz aksiyalarına qatılanların cəzaları ictimai asayişi pozmaq və təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək səbəbi ilə artırılıb. Əvvəl belə əməl törədən şəxsə 5 min rubl cərimə yazılırdısa, indi bu rəqəm 20 min rubla qədər artırılıb.
Bundan əlavə, cinayətin səviyyəsinə görə 30 gün inzibati həbs və ya 200 saatadək ictimai işlərə cəlb olunması cəzaları da tətbiq oluna bilər.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbs olunmasından sonra baş verən etirazlarda çoxlu sayda nümayişçi və polis xəsarət alıb, saxlanılanlar olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də