
"RegionTV.info" xəbər verir ki, nazir bu barədə İsrail İctimai Yayım Korporasiyasına (KAN) açıqlama verib.
İranın İsrail infrastrukturunu və vətəndaşlarını hədəf almaq istədiyini iddia edən Qantz, "Gəminin İrana yaxın mövqeyi hadisənin arxasında iranlıların olduğu fikrinin qiymətləndirilməsini artırır. Əlbəttə, bu mənim qiymətləndirməmdir" deyə bildirib.
Qantz partlayışla bağlı geniş miqyaslı istintaqın davam etdiyini açıqlayıb.
Qeyd edək ki, cümə günü Oman körfəzində İsrail yük gəmisinin keçidi zamanı partlayış baş verib. Hadisə nəticəsində lən və ya xəsarət alan olmayıb.